Firdous (Dünən 18:14)»
Hər insanın qiyməti əxlaqının gözəlliyi qədərdir. (Hz. Əli) (Bəyən 4
• Fikir 10 )
KERBELA (27.Mart 11:07)»
﷽🌹İmam Əli (ə) (möminin vəsfində) buyurub: Sakit qalmağı çoxdur və vaxtı tamamilə (Allah və axirət işlərinə, düşüncələrinə) sərf olunar, aldığına (Allahın nemətlərinə) şükr edən və (bəla və çətinliklərdə) çox səbrlidir. Nəhcül-Bəlağə, hikmət 333. (Bəyən 4
• Fikir 0 )
ADMİNKA (26.Mart 00:50)»
İstər vətəninə xəyanət olsun, istər dostluğa, istər ömür yoldaşına, istərsə öz əqidənə, sözünə, andına, fərqi yox idi. Xəyanət elə xəyanət idi. (Bəyən 4
• Fikir 0 )
KERBELA (24.Mart 09:45)»
İnsanlar bir pis davranışınızla bütün yaxşı əməllərinizi silərlər. Allah bir tövbə ilə bütün pis keçmişinizi silər. Dost istəsən, Allah yetər...🤍 (Bəyən 3
• Fikir 0 )
ADMİNKA (22.Mart 23:38)»
Sevginizə layiq olmayan insanı qazanmaq üçün özünüzü itirməyin...🤍 (Bəyən 7
• Fikir 3 )
KERBELA (20.Mart 14:54)»
Bayraminiz mubarək. Allahdan sizə bərəkətli ömur, arzu edirəm. Süfrələriniz həmişə ruzili-bərəkətli olsun. Şəhid ana, bacı, ailələrini də unutmayaq. Allahdan səbr diləyirəm. Bizim əmin-amanlığımızı qorumaq üçün oğlunuz, qardaşınız şəhid oldu. Novruzu onlarsız qeyd edirsiz. Başınız var olsun. Ruhları şad olsun. Allah onlari KƏRBƏLA şəhidləri ilə ucaltsin, Qiyamətdə sizlərə şəfaət etsinlər. Fani dunyada uzun muddət bir yerdə ola bilmədiz, əbədi axirətdə bütov ailə kimi olasiz. - Qazilərimizədə ALLAHdan şifa, ailələrinə səbir diləyirik. Bizlərin yolunda əziyyətlər çəkdiniz, ALLAH sizi dünya və axirətdə həmişə uca etsin. ALLAH Vətən yolunda vuruşan əsgərlərimizi qorusun. Sag-salamat öz ailələrinə qayitsinlar. İlahi Amin (Bəyən 5
• Fikir 2 )
KERBELA (16.Mart 21:04)»
Bu aləmi ancaq tərbiyə olunmuş insanlar düzəldə bilər. Aləmin əsası insanın tərbiyəsidir. İnsan bütün aləmlərin özüdür, bütün aləmlərin əsasıdır. Bütün ənbiya insanda ki, bilqüvvəni (bacarığı) bilfelə (fəaliyyətə) çevirmək üçün gəlmişdir. Çünki, insanda Allah-Təalanın bütün sifətləri mövcuddur, o Allahın ilahi nurunun təcəlligahıdır.. (Bəyən 1
• Fikir 0 )
KERBELA (15.Mart 08:34)»
Yaponiyalı filosof: Şiələr iki qanadla uçur: _Biri keçmişin qanadı - Hüseynin..(ə) _Biri də gələcəyin qanadı - Məhdidir (ə.f) Şiələr də məğlub olarmı heç?! (Bəyən 2
• Fikir 2 )
KERBELA (13.Mart 16:21)»
Özünü dəyərli hiss etmək üçün başqalarının təsdiqinə ehtiyacın yoxdur. Əlbəttə ki, başqalarından qəbul və təqdir axtarmaq insan olmağın bir parçasıdır Ancaq günün sonunda bunu xatırlamaqda fayda var: Bu sənin həyatın, sənin istedadların, sənin istiqamətlərindir. Əsl qazanc başqalarının gözündə var olmaq və ya var olmağa çalışmaq deyil; heç nədən asılı olmadan, özündə öz dəyərini hiss etməkdir.Çünki Rəbbin səni sevərək yaradıb bundan böyük dəyər varmı? (Bəyən 3
• Fikir 0 )